Blinkenin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla əlaqələrə cavabdeh köməkçisi Mişel Sisonun gələn həftə Azərbaycana səfəri planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Sison bir neçə ölkəyə səfəri çərçivəsində martın 29-da Bakıya gələcək.

Sison davamlı inkişaf və transmilli problemlər, o cümlədən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi üzrə çoxtərəfli əməkdaşlığı müzakirə edəcək.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Venesuelalı nazir korrupsiya qalmaqalına görə istefa verdi

SONRAKI XƏBƏR

Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu, Xalq artisti adı verilmədiyi üçün insult keçirtdi