Lukaşenko: Putinlə Polşanı yerində oturdacağıq!

Rusiya lideri Vladimir Putinlə növbəti danışıqlarda Polşanı hansı yolla yerində oturtmağı müzakirə edəcəyəm.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

O, Polşanın Fransadakı səfirinin Ukrayna konfliktləri bağlı dediklərini səfehlik adlandırıb:

“Və budur o ağzından qaçırtdı: Rusiyaya qarşı döyüşəcəyik. Hesab edin, birinci bizdən başlayacaqlar. Nə etməliyik biz? İlk məsələ Putinlə Polşanı necə yerinə oturmağı müzakirə etməkdən ibarət olacaq”.

Lukaşenko Polşanı “Avropanın kaftarı” adlandırmaqdan da çəkinməyib.

Qeyd edək ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski Ukraynanın döyüş meydanında müstəqilliyini müdafiə edə bilməyəcəyi təqdirdə, ölkəsinin Rusiya ilə birbaşa münaqişəyə daxil olacağını söyləmişdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın "Araik planı" ortaya çıxdı: Əliyevin hədəfi İrəvanı qorxuya salıb

SONRAKI XƏBƏR

A seriyasında ən bahalı heyətə sahib klublar