İsveç parlamenti Ukraynaya tank və artilleriya qurğularının çatdırılmasına icazə verdi

İsveç parlamenti (Riksdaq) hökumətə Ukraynaya yeni hərbi yardım paketini yollamağa icazə verib. Paketə məşhur “Archer” özüyeriyən artilleriya qurğuları da daxildir.

Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Təxminən 630 milyon dollar dəyərində olan yeni yardım paketi İsveçin cari il üçün artıq təsdiqlənmiş büdcəsinə düzəlişlər edilib.
Bu paketin bir hissəsi kimi Ukrayna “Stridsvagn” tankları, “Archer” özüyeriyən artilleriya qurğuları, “MIM-23 Hawk" zenit-raket kompleksləri və sursatlar alacaq.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb

SONRAKI XƏBƏR

İki övladını birdən itirmiş, anası tərəfindən lənətlənən Nuriyyə Əhmədova haqqında maraqlı faktlar