Rusiya mesaj verdi: Qarabağdan imtina etməyəcəyik

Rusiya postsovet məkanındakı konfliktlərin nizamlanmasında aparıcı konstruktiv rolunu itirmək niyyətində deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Tərəfdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Biz postsovet məkanındakı konfliktlərin nizamlanmasında aparıcı konstruktiv rolumuzu itirməyə hazırlaşmırıq. Bu, tarixi öhdəliyimizdir. Avropanın bütün ikiüzlü maneələrinə baxmayaraq, bunu icra edəcəyik”, – o bildirib.

Kobrinets həmçinin Avropanın təhlükəsizlik sisteminin yenilənməsinin tezliklə baş verməyəcəyini söyləyib. Diplomatın sözlərinə görə, Rusiya ATƏT-dən çıxaraq, buradakı mövqeyini opponentlərinə buraxmaq fikrində deyil.

İctimaiMedia

ƏVVƏLKİ XƏBƏR

Zelenski müşavirini vəzifədən azad etdi

SONRAKI XƏBƏR

Azərbaycan Ermənistanın xüsusi xidmət orqanlarını necə ələ aldı? - "La Vira - Məxfi Menyu"