“Şahid”lərin hissələrini İrana Ukrayna verib – Sensasiya

Ukraynanın “Motor-Siç” şirkəti İranın “Şahid” və digər PUA-larının istehsalı ilə məşğul olan firmalarla əməkdaşlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Sxem” təşkilatının jurnalist-araşdırmaçıları tərəfindən məlumat yayılıb.

Məlumata görə, şirkət İrana ikiqat istifadə oluna bilən məhsullar, o cümlədən Aİ-9 və TV-117 aviasiya mühərrikləri satıb.

Bildirilib ki, bu modellər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi Ka-52 helikopterlərinə quraşdırılır.

“Motor-Siç”in əməkdaşlıq etdiyi şirkətlərdən biri də “Şahid” PUA-larının hazırlandığı şirkət olub.

Sənədlər “Motor-Siç”in keçmiş prezidenti Vyaçevlav Boquslayevin kabinetində aparılan axtarış zamanı ortaya çıxıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib

SONRAKI XƏBƏR

"Sabah uduzsanız, Türkiyəyə necə qayıdacaqsınız?" sualına belə cavab verdi