İspaniya baş naziri Pedro Sançez Çinə səfər edəcək.
Səfər gələn həftə baş tutacaq.
Səfər zamanı o, Çin lideri Si Cinpinlə görüş keçirəcək.
"Çin qlobal oyunçudur, ona görə də açıq-aydın biz onun səsini dinləməliyik", - Sançez Pekinə dövlət səfərindən əvvəl deyib.
Qeyd edək ki, bir neçə ay əvvəl Almaniya kansleri Olaf Şolts Çinə səfər edib. Aprelin əvvəlində isə Fransa Prezidenti Emmanuel Makron Pekinə gedəcək.