Naxçıvanın DYP rəisi işdən azad edildi

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad edilib.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, bir müddət öncə sərəncama verilən polis mayoru, idarənin rəisi Ayaz Quliyevin işinə xitam verilib.

O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təhcizat Şöbəsində inspektor vəzifəsinə təyin olunub.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Çörək ucuzlaşdı - Video

SONRAKI XƏBƏR

Ermənistan Putini həbs edə bilər?