"Rusiya ilə Çin İttifaqı dünya nizamını dəyişdirmək potensialına malikdir"

ABŞ və onun müttəfiqləri Rusiya və Çin arasında dünya nizamını dəyişdirmək potensialına malik olan ittifaqın güclənməsinə cavab verməyə hazır olmalıdırlar.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" (WP) qəzeti yazıb. Bildirib ki, ABŞ-ın iki ən böyük strateji və hərbi rəqibi arasında ittifaq güclənir. Müəllif qeyd edib ki, bu ittifaq dünya düzənini “ABŞ-ın yarım əsr əvvəl etdiyi kimi” dərindən dəyişməyə qadirdir. "Amerika və onun demokratik müttəfiqləri cavab verməyə hazır olmalıdırlar", - qəzetdə qeyd olunub.

Müəllifin fikrincə, Pekin və Moskvanı Vaşinqton və NATO-nun “mühasirə qorxusu” birləşdirir. “Rusiya Federasiyası NATO-nun şərqə doğru genişlənməsinə ekzistensial təhlükə kimi baxır, Çin isə ABŞ-ın “Hind-Sakit okean NATO-su” yaratmağa çalışmasından qorxur”, - yekunda bildirilib.

Aytən Məftun

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Yevlaxda mikroavtobus təmizlik işçilərini vurdu - Ölən və yaralanan var

SONRAKI XƏBƏR

Türkiyədə dağıdıcı zəlzələdən sonra qəzalı vəziyyətə düşən minarə uçurduldu