Ukrayna ordusu Rusiya PUA-larını məhv etdi

Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

Lent.az-ın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü, martın 26-da səhər hesabatında bildirib.

Ukrayna hərbçiləri düşmənə məxsus Orlan-10 və Superkam tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.

"Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub", - məlumatda deyilir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə dağıdıcı zəlzələdən sonra qəzalı vəziyyətə düşən minarə uçurduldu

SONRAKI XƏBƏR

"Qarabağ" üçün himn bəstələdi - İlk dəfə “Qalatasaray”la oyunda səslənəcək