Şimali Kipr Prezidentinə hücum cəhdi olub - VİDEO

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Kings College London”da konfransa gedərkən əllərində Yunanıstan bayraqları olan bir qrup yunan tələbənin hücumuna məruz qalıb.

Hücumla bağlı “A Haber”ə açıqlama verən Tatar, Kipr yunanlarının iğtişaş yaratdıqlarını deyib:

“İdarəyə təzyiq etdilər. “Türklər Kiprdən çıxın. Tatara ölüm” şüarları ilə önümüzü kəsdilər. Polis olmasaydı, bizə hücum edəcəkdilər”, - deyə o, bildirib.

Tatar bütün bunlara baxmayaraq, haqlı mübarizələrindən əl çəkməyəcəklərini vurğulayıb.

 

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə zəlzələnin yeni dəhşətli görüntüləri: Suyun altında yer yarılıb - FOTO/VİDEO

SONRAKI XƏBƏR

ABŞ Türkiyədəki seçkidən "narahatdır" - Rus ekspert