MTX: “Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək məqsədilə görüş keçirib”

Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyevin bu çıxışı İranın qorxusunu artırıb - SENSASİON DETALLAR

SONRAKI XƏBƏR

Yolu keçən kişini maşın vurub öldürdü