Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

Prezidentin rəsmi saytı xəbər verir ki, bununla bağlı dəyişikliyin əks olunduğu Vergi Məcəlləsini Prezident İlham Əliyev təsdiq edib.

Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla üç il müddətində qüvvədə olacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qərb Ərdoğanın prezident olmasını niyə istəmir?

SONRAKI XƏBƏR

Belə getsə bölgələr susuzluqdan yanacaq - VİDEO