İranda güclü zəlzələ olub

İranın Fars əyalətinin əhalisi 35 min civarında olan Mehr şəhərindən 29 km cənub-şərqdə 5,1 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 2 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

SONRAKI XƏBƏR

Bu təxribatları görməməzlikdən gəlməyəcəyik - Altun