Salyanda 14 yaşlı velosipedçi dünyasını dəyişdi 12 gün əvvəl maşın vurmuşdu

Salyanda 14 yaşlı velosipedçi dünyasını dəyişdi 12 gün əvvəl maşın vurmuşdu

Noyabr ayının 29-da Salyan rayonunun Şorsulu kəndində VAZ-2107-nin vurdğu 14 yaşlı velosipedçi Bakıda özəl klinikalardan birində dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qəza zamanı ağır kəllə-beyin travması aldığından beyninə qan sızmış Şorsulu kənd sakini, 2005-ci il təvəllüdlü Ruslan Allahverdi oğlu Əsgərov dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Lakin o, ertəsi gün ağır vəziyyətdə Bakıya xəstəxanalardan birinə gətirilərək əməliyyat olunmuşdu.

Virtualaz.org

Mənbə: virtualaz.org