Ronaldo Messidən üstünlüyünü dedi

Futbol dünyasında Kriştiano Ronaldo və Lionel Messi qədər müqayisə olunan iki futbolçu yoxdur. Bu dəfə portuqaliyalı ulduz özünü argentinalı ilə müqayisə edib.

Bizimyol.info xəbər verir ki, Ronaldo üstünlüyünü dilə gətirib. Onun fikrincə, Messi uzun illərdir yüksək səviyyədə oyun göstərir, amma onun kimi müxtəlif klubların heyətində Çempionlar Liqasının qalibi olmayıb.

Maraqlıdır ki, Ronaldo müxtəlif klublar deyəndə yalnız iki komandanı – “Mançester Yunayted” və “Real”ı nəzərdə tutur. Portuqaliyalı İngiltərə təmsilçisi ilə 1, Madrid komandası ilə 4 dəfə Çempionlar Liqasının birincisi olub. “Sportinq”sə oynasa da, böyük uğurlar qazanmayıb.

Messi isə yalnız “Barselona”nın formasını geyinib. Burada 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Rayondan gəldi, Bakı yaxınlığında öldü

SONRAKI XƏBƏR

Banqldadeşdə konteyner ev - FOTO