“Xorvatiya azərbaycanlıları “sındırdı” – Yurçeviç

“Xorvatiya azərbaycanlıları “sındırdı” – Yurçeviç

“Birinci hissə 0:1 hesabı ilə bitəndə düşünürdüm ki, bizim hələ də şanslarımız qalıb. İkinci hissədə daha da istəkli oynayaraq istəyimizə nail olduq və Xorvatiyadan xal almağı bacardıq. Amma bu heç-heçə Xorvatiyaya ziyan verməyəcək”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Nikolay Yurçeviç öz ölkəsinin mətbuatına açıqlamasında deyib. O, ilk hissədə Xorvatiyanın qol şansları olsa da, komandamızın buna imkan vermədiyini bildirib:

“İlk yarıda dünya çempionları azərbaycanlıları “sındırdılar”. Onlar həmin hissədə 3-4 qol vurmağa yaxın idilər. Lakin komandamız buna imkan vermədi. İkinci hissədə isə qazon üzərinə sanki başqa komanda gəldi: daha qətiyyətli və daha böyük”.

Xorvatiyalı çalışdırıcı həmyerlisi Zlatko Daliçin onunla görüşmədiyini, lakin Xorvatiya millisi, Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında birgə çalışdığı Slaven Biliçin zəng edərək onu təbrik etdiyni söyləyib:

“Oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan məmnunluq duyduğunu dedi və bir dost kimi məni təbrik etdi".

Naibə

 

Mənbə: yenisabah.az