Evra "Yunayted"ə qayıtdı

Evra "Yunayted"ə qayıtdı

Patris Evra keçmiş klubu "Mançester Yunayted"ə qayıdıb.

Offsideplus.az xəbər verir ki, iyul ayında 38 yaşında futbolçu karyerasını başa vuran fransız İngiltərə təmsilçisinin gənclər komandasının baş məşqçisi Nil Rayana kömək edəcək. "MY" öz növbəsində Evraya məşqçi lisenziyasını almağa köməklik göstərəcək.

Qeyd edək ki, P.Evra 2006-2014-cü illərdə İngiltərə klubunda oynayıb.

Mənbə: offsideplus.az