Azərbaycan futzalçılarının rəqibi olan Rusiya yığması təlim-məşq toplanışına başlayıb

Azərbaycan futzalçılarının rəqibi olan Rusiya yığması təlim-məşq toplanışına başlayıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 22-dən 25-dək təşkil olunacaq “Caspian Cup 2019” futzal turnirində Azərbaycan millisinin ilk rəqibi olacaq Rusiya yığması təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Sergey Skoroviç hazırlıq prosesinə Georgi Zamtaradze, Dmitri Putilov, Nikoay Balaşov, Danil Davıdov, Andrey Afanasov, Nikolay Şisterov, Dmitri Lıskov, Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov, Sergey Abramov, Valeri Demin, Artem Antoşkin, İvan Milovanov, Ruslan Kudziev və Rişat Kotlyarovu dəvət edib.

Mənbə: azertag.az