Yevgeni Koçuk “Sabah”a transfer olunub

Bakının “Səbail” klubunun sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Azərbaycanda davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, qış fasiləsində paytaxt təmsilçisindən ayrılan moldovalı futbolçu "Sabah"da çıxış edəcək.

27 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq. Y.Koçuk “Sabah”ın qışda heyətinə qatdığı 3-cü futbolçu olub. Onadək Mario Marina və Marko Deviç transfer edilib.

Qeyd edək ki, Y.Koçuk Premyer Liqada “Səbail”in heyətində keçirdiyi 47 oyunda 7 qol vurub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə dağıdıcı zəlzələ anının görüntüləri - VİDEO

SONRAKI XƏBƏR

Səməd Seyidov: “Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”