Səkkiz ayda nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi artıb

Səkkiz ayda nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi artıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 154,4 milyon ton yük daşınıb və keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 1,7 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 65,7 faizi avtomobil, 6,2 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Mənbə: azertag.az