Çin və ABŞ arasında ticarətin həcmi son on ayda 14,9 faiz azalıb

Bakı, 8 noyabr, AZƏRTAC

Bu ilin on ayı ərzində Çin və ABŞ arasında ticarət dövriyyəsi 14,9 faiz azalaraq 447,83 milyard dollar təşkil edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Çin Xalq Respublikasının Baş gömrük idarəsinin məruzəsində yer alıb.

Sənədə əsasən, hesabat dövrü ərzində Çindən ABŞ-a ixracat həcmi 11,3 faiz aşağı düşərək 347,787 milyard dollara, ABŞ-dan Çinə idxalat həcmi isə 25,4 faiz azalaraq 100,043 milyard dollara bərabər olub.

Oktyabr ayında iki ölkə arasında ticarət dövriyyəsi 45,166 milyard dollar təşkil edib.

2018-ci ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 8,5 faiz artaraq 633,52 milyard dollara çatmışdı.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İŞİD liderinin həyat yoldaşı əl-Bağdadı və təşkilat barədə mühüm məlumatlar verib

SONRAKI XƏBƏR

Xəyalə Quliyevadan ağır sözlər: “Hər kəsdən üzümü çevirdim” - FOTO