Bişkəkdə partlayış

Bişkəkdə partlayış

Qırğızıstanın paytaxtı Bişkəkin mərkəzindəki “Antyuşka” kafesində partlayış olub. TASS-ın məlumatına görə, kafedə qaz balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda xilasedicilər və polislər hadisə yerindədirlər.
Hadisənin səbəbləri araşdırılır.

Qəzənfər QASIMOV,”Xalq qəzeti”

Mənbə: xalqqazeti.com