Erməni siyasi xadim: “2050-ci ildə nə Paşinyan olacaq, nə də mən, Ermənistanın olub-olmayacağı da hələ məlum deyil”

Erməni siyasi xadim: “2050-ci ildə nə Paşinyan olacaq, nə də mən, Ermənistanın olub-olmayacağı da hələ məlum deyil”

“Nikol Paşinyanın sentyabrın 21-də təqdim etdiyi Ermənistanın yenidən dəyişməsi strategiyası yaxşı tostdur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Modus Vivendi” mərkəzinin rəhbəri, siyasi xadim Ara Papyan deyib.

O qeyd edib ki, bu, proqram, strategiya yox, arzuolunan istəklər siyahısıdır.

“Lakin bu maddələrdən hər birinə necə, hansı yolla nail olmalı olduğumuzla bağlı hər hansı aydın proqram yoxdur. Üstəlik də əsaslar açıqlanmayıb, aydın addımlar qeyd olunmayıb”, - deyə Papyan bildirib.

O qeyd edib ki, strategiyada hər hansı suala cavab görmür, yalnız istəklər var.

“2050-ci ildə nə Nikol Paşinyan olacaq, nə də mən, Ermənistanın olub-olmayacağı da hələ məlum deyil”, - deyə Ara Papyan vurğulayıb.

Mənbə: ordu.az