Dövlət xətti ilə nə qədər ipoteka krediti verilib?

Dövlət xətti ilə nə qədər ipoteka krediti verilib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 157,8 milyon manat ipoteka krediti verilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 2,6 dəfə azalaraq 64,9 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 1,9 dəfə artaraq 150 milyon manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 3,6 dəfə artaraq 143,4 milyon manat təşkil edib.

Mənbə: index.az