Siz öz şərəfli adınızı... Xalq artisti Bilal Əliyev Prezidentə yazdı...

Siz öz şərəfli adınızı...  Xalq artisti Bilal Əliyev Prezidentə yazdı...

“Bu gün Siz doğma yurdumun - Azərbaycanımın yeni tarixini qızıl hərflərlə yazırsınız. Azərbaycanda hələ indiyə qədər belə böyük sevinc yaşanmamışdır.

...Bu qələbələr ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin uzaqgörən siyasətiniz və böyük zəhmətiniz sayəsində Azərbaycan xalqına qismət olmuşdur.

Xalqımıza böyük qürur və sevinc hissləri yaşatdığınıza görə Sizə sonsuz təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi qorusun!

Siz öz şərəfli adınızı yeni Azərbaycan tarixinin şanlı səhifələrinə həkk etdirən əvəzolunmaz qəhrəman Sərkərdə və əbədi Prezidentimizsiniz”. Bu fikirləri Bakının Nəsimi rayonundan Xalq artisti Bilal Əliyev Prezident İlham Əliyevə müraciətində bildirib.

 

Mənbə: www.baki-xeber.com