Sanatoriyada təxliyə təlimi təşkil edildi - VİDEO

Sanatoriyada təxliyə təlimi təşkil edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fəaliyyət göstərən Bilgəh Kardioloji Sanatoriyasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd sanatoriyanın kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, eləcə də bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

İki hissədən ibarət təlimin birinci – nəzəri hissəsində sanatoriyanın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində isə şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”.

Təlimə ümumilikdə 24 nəfərdən ibarət şəxsi heyət, 3 ədəd texnika cəlb edilib.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Mənbə: publika.az