"Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.
Oxu.Az xəbər verir ki, Bu barədə Report.az xəbər yayıb.
Qeyd olunub ki,"Həzi Aslanov"-"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.
Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, görülən işlər sınaq xarakterlidir və hazırda yoxlamalar gedir.

Xatırladaq ki, "Həzi Aslanov" metro stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan etibarən "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət , "Həzi Aslanov" - "Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.
Mənbə: oxu.az