Nərimanovun bəzi yerlərində qaz olmayacaq

Nərimanovun bəzi yerlərində qaz olmayacaq

Oktyabrın 27-də Bakının Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Təbriz küçəsinin 19, 19A və 19B ünvanlarında, eləcə də M.Məmmədov küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: news.milli.az