Günel Qədimova "Xəzər Xəbər"lə yollarını ayırıb.
Aparıcı işdən öz istəyi ilə çıxıb:
“Bu gün 15 ilə yaxındır ki aparıcısı olduğum "Xəzər TV"dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, "yetişdim" deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm”.
Mənbə: yenisabah.az