Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto

Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı -

Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” yarışmasında Canan Topçu 1 milyon lirəlik suala qədər irəliləsə də, səhv cavab verərək yarışmanı tərk edib.

500 min lirəlik sualı düzgün cavablandıran iştirakçı növbəti mərhələdə Qurani-Kərimlə bağlı sualla qarşılaşıb: “Hansı peyğəmbərə Qurani-Kərimin heç bir yerində adı ilə müraciət edilməyib?”

İştirakçının kömək hüququ qalmadığından riskə gedərək B variantını – Hz. İsanı seçib. Lakin düzgün cavab A variantı – Hz. Məhəmməd olub.

Düzgün cavabı öyrənən Canan Topçu böyük məyusluq yaşayıb.

Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 1
Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 2
Yarışmada 1 milyon TL-lik sual: Səhv cavab böyük məyusluq yaşatdı - Foto - foto 3


Bizim.Media

Mənbə: bizim.media