Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib

Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib

Bakı. Trend:

Kanadanın Səhiyyə Nazirliyi ölkə ərazisində "AstraZeneca" şirkəti və Oksford Universiteti tərəfindən hazırlanan peyvəndlərdən istifadəyə icazə verib.

Trend-in məlumatına görə, peyvəndin effektivliyi 62,1 faiz kimi dəyərləndirilir, sözügedən vaksinlər 18 yaşdan yuxarı şəxslərə vurula bilər.

Xatırladaq ki, daha əvvəl Kanadanın Səhiyyə Nazirliyi "Pfizer" və "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndlərin istifadəsinə icazə vermişdi.

Mənbə: az.trend.az