Bu ölkədən qadınlara şok tövsiyə - Hamiləliyi gecikdirin

Bu ölkədən qadınlara şok tövsiyə - Hamiləliyi gecikdirin

Braziliyada qadınları imkan daxilində hamiləliyi pandemiya başa çatana qədər uzatmağa çağırıblar.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, koronavirusun Braziliya variantı daha aqressiv formada keçir. Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Rafael Kamara bildiib ki, "bu tövsiyə daha çox 42, 43 yaşlı qadınlara aiddir, gənclərə yox. Onlar daha yaxşı zamana kimi bunu gecikdirsələr yaxşı olar".

Bu ölkədə koronadan 400 minə yaxın insan vəfat edib.

Kamran

Mənbə: news.milli.az