Moskvada kafe və restoranlara yalnız bu şəxslər buraxılacaq

İyunun 28-dən etibarən yalnız koronavirusa qarşı peyvənd olunanlar, son altı ay ərzində COVID-19-a yoluxanlar və ya mənfi PCR testi alan vətəndaşlar Moskvadakı ictimai iaşə obyektlərini ziyarət edə biləcəklər. Azvision.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, PCR testinin nəticəsinin üç gün müddətində etibarlı sayılacağını və bunun "Emias.info" tibbi portala məlumat ötürən hər hansı bir paytaxt laboratoriyasında edilməli olduğunu açıqlayıb.

Müəssisələrdə heç bir kağız arayış və sertifikat qəbul edilməyəcəkdir. Peyvəndlənməni, antitellərin mövcudluğunu və ya xəstəliyin olmadığını yalnız QR kodunun köməyi ilə təsdiqləmək mümkün olacaqdır. Bunu elektron tibbi xidmətlər kartı, "mos.ru" portalı və ya Emias.info", dövlət xidmətləri portalı vasitəsilə və ya hər hansı bir şəhər klinikasında əldə etmək mümkündür.

Bundan əvvəl, Sobyanin restoranlar, uşaq mərkəzləri və heyvanat parklarına qoyulan qadağanı iyunun 29-dək uzadılması barədə qərar vermişdir.

Pərvanə Sultanova

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Müəllimə tələbəsi ilə cinsi əlaqədə olduğu üçün HƏBS EDİLDİ

SONRAKI XƏBƏR

ANAMA yanında İctimai şuraya namizədlər müəyyənləşdi (FOTO)