1 000-dən çox qadın müxtəlif özünə məşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

1 000-dən çox qadın müxtəlif özünə məşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

Artıq 9 regionda fəaliyyət göstərən mərkəzlərdə 3000-dən çox üzvümüz var.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Vüsalə Qarayeva məlumat verib.

O bildirib ki, mərkəzlərə üzv olan xanımlardan 400-dən çoxu öz sahibkarlıq işinə başlayıb:

“Eyni zamanda 1000-dən çox qadın müxtəlif özünə məşğulluqla bağlı təlimlərə cəlb olunub. Mərkəzlər doğurdan da fəaliyyət göstərdiyi ərazilərdə məhsuldar çalışırlar. Sumqayıt Qadın Resurs Mərkəzinin də eynilə məhsuldar fəaliyyət sərgiləyəcəyinə inanırıq.

Bu tip qadın Resurs Mərkəzlərindən ikisi Gənclər Mərkəzində yerləşir. Biri Xəzər rayonunda, digəri isə Sumqayıt şəhərindəki Gənclər Evində fəaliyyət göstərəcək. Bu işdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk”.

Mənbə: www.oxu.az