Həcc ziyarətinin qiyməti niyə artıb? - AÇIQLAMA + VİDEO

“Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib”.

Bunu ARB 24-ün “İş Vaxtı” verilişinə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib.

O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir: “Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illlərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Konkret addımlar atılmasa, İsveç və Finlandiya irəli gedə bilməz" - Kalın

SONRAKI XƏBƏR

“Çelsi” yay transferlərinə böyük məbləğdə vəsait ayıracaq