Bakıda Changan Qazel-ə çırpılıb - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, Ceyhun Talıbov idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman o idarəetməsində olan maşını eyni istiqamətdə olan "Qazel" markalı yük avtomobilinə çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Sürücü xəsarət alıb.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Putinin Zaporojye AES-lə bağlı fərmanına Ukraynadan - Cavab

SONRAKI XƏBƏR

Ukrayna ordusu Donetskə girə bilər - Ekspert