Zəngilanın inkişafı üçün üç amil - Prezidentin xüsusi nümayəndəsi açıqladı

Zəngilanın inkişafı üçün üç amil - Prezidentin xüsusi nümayəndəsi açıqladı<span class="qirmizi"></span>

“Zəngilanın təbii resursları da işğal müddətində məhv edilib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Şəhərsalma Forumunun panel müzakirələrində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Zəngilanın baş planı yaşıl şəhər və ağıllı şəhər konsepsiyalarına əsaslanır.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Zəngilandakı inkişafın üç istiqaməti logistika, turizm və kənd təsərrüfatı - müəyyən edilib. “Zəngilan gələcəkdə, ekoloji cəhətdən təmiz, müasir və davamlı yaşıl şəhər olacaq”, -deyə o əlavə edib.

Mənbə: www.oxu.az