BMT-nin Baş katibi dünya birliyini təbiətlə “sülh müqaviləsi” bağlamağa çağırır

BMT-nin Baş katibi dünya birliyini təbiətlə “sülh müqaviləsi” bağlamağa çağırır<span class="qirmizi"></span>

 

Bakı, 7 dekabr, AZƏRTAC

Dünya birliyi təbiətlə milli fəaliyyət planlarının işlənib-hazırlanmasını, ətraf mühitin mühafizəsini və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini nəzərdə tutan müqavilə bağlamalıdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş biomüxtəlifliyə dair konfransda söyləyib.

Onun sözlərinə görə, “sülh müqaviləsi” konkret üç növ fəaliyyəti tələb edir. Birincisi, hökumətlər bütün nazirliklər üçün maliyyə və ərzaqdan tutmuş energetika və infrastrukturadək cəsarətli milli fəaliyyət planları işləyib-hazırlamalıdırlar. Bu sıraya bərpa olunan enerji, plastik məmulatlardan istifadə edilməsinin azaldılması, ekoloji cəhətdən təmiz istehsal üzrə planlar daxildir. Belə fəaliyyət planları yerli xalqların və icmaların hüquqlarının qorunmasına yönəldilməlidir.

İkincisi, özəl sektor qazanc və ətraf mühitin qorunması məsələlərinin eyni sırada olduğunu qəbul etməlidir. Üçüncüsü, inkişaf etmiş ölkələr dünyanın təbii sərvətlərinin qoruyucuları olan qlobal Cənub ölkələrinə maliyyə dəstəyi göstərməlidirlər.

BMT Baş katibinin fikrincə, dünya birliyi öz ekosistemlərini qoruyan və bərpa edən bütün ölkələri bu işdə dəstəkləməlidir.

Mənbə: azertag.az