Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara MÜRACİƏT

Türkiyədən təxliyə olunmaq istəyən azərbaycanlılara  <span class="qirmizi">MÜRACİƏT</span>

Azərbaycanın Türkiyədəki Səfirliyi Vətənə təxliyə olunmaq istəyən vətəndaşlara müraciət edib.

Təxliyə bu gün, fevralın 7-də saat 15:00-da baş tutacaq.

Azərbaycanlıların ölkəyə yola salınması avtobuslarla həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 419 nəfər ölüb, 20 534 nəfər yaralanıb. 5 775 bina dağılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Mənbə: www.oxu.az