Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? - Açıqlama

Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? -

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.

Bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Qeyd olunub ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil: “Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.

Mənbə: qafqazinfo.az