Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən yeddi il ötür.
Oxu.Az xatırladır ki, 2017-ci il iyulun 4-də saat 21 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetiriliblər. Eyni zamanda, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Sərvinaz İltifat qızı Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra" aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.
Mənbə: oxu.az