Bu küçədə səki tamamilə parklanma zonasına çevrilib - Piyadalar ŞİKAYƏTÇİDİR

Bu küçədə səki tamamilə parklanma zonasına çevrilib - Piyadalar ŞİKAYƏTÇİDİR

Paytaxtın Xətai rayonu Nəsrəddin Tusi küçəsində səki parkinqə çevrilib.

Görüntü bir neçə gün əvvəl “Araz” supermarketin önündə qeydə alınıb.
Sakinin sözlərinə görə, səki parklanma zonası kimi sürücülərin istifadəsində olmazdan öncə piyadaların təhlükəsiz və rahat hərəkətini təmin edirdi. Lakin hazırda onlarla nəqliyyat vasitəsi ərazidə saxlanıldığı üçün səkiylə hərəkət etmək çətinləşib. Bir sözlə, artıq səki piyadalara deyil, sürücülərə “xidmət edir”.
Şikayətçi sözügedən ərazidə hər gün eyni vəziyyətin şahidi olduğunu bildirib.

Qeyd edək ki, yeni qəbul olunmuş qərara əsasən, dayanma-durma qaydalarını pozan sürücülər 60 manat məbləğində cərimələnəcək.

Nərmin

Mənbə: avtosfer.az