Bakı, 1 iyun, AZƏRTAC
Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, birmərtəbəli üçotaqlı ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
AZERTAG.AZ :Yevlaxda üçotaqlı ev yanıb
Mənbə: azertag.az