Paytaxtda qadın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, hadisə Nizami rayonunun ərazisində qeydə alınıb.
Ötən gün rayonun Ş.Mirzəyev küçəsi, ev 56, mənzil 46-da yaşayan, 1943-cü il təvəllüdlü C.Semeniçevanın meyiti tapılıb.
Meyitə ilkin baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
Mənbə: www.oxu.az