İranın Tehran şəhərinin sakinləri Azərbaycana dəstək aksiyası keçiriblər. Trend-in məlumatına görə, aksiyada Tehran sakinləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və İranın Ermənistanla dövlət sərhədində "Norduz" gömrük buraxılış məntəqəsinin bağlanmasını tələb ediblər.
Onlar, həmçinin "Azərbaycan" şüarları ilə Ermənistan tərəfindən işğal edilən ərazilərin azad edilməsi uğrunda Azərbaycanın haqq savaşına dəstəklərini ifadə ediblər.
Aksiyadan görüntüləri təqdim edirik:
Mənbə: www.baki-xeber.com