Roma, 2 dekabr, AZƏRTAC
İtaliya Farmakologiya Agentliyi (AIFA) 5-11 yaş qrupu üzrə uşaqlara COVID-19 infeksiyasına qarşı “Pfizer/BioNTech” peyvəndinin azaldılmış dozasının tətbiqini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, AIFA Elmi Komitəsinin iclasında “Pfizer/BioNTech” peyvəndinin 5-11 yaş qrupundakı uşaqlara üç həftəlik fasilələrlə dozanın üçdəbiri həcmində vurulması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Avropa Dərman Agentliyi (EMA) noyabrın 25-də 5-11 yaş qrupundakı uşaqlara “Pfizer/BioNTech” peyvəndinin tətbiq edilməsi ilə bağlı qərar verib. Avropa ilə yanaşı, ABŞ, İsrail və Kanada da bu yaş qrupundakı uşaqlara COVID-19 əleyhinə peyvənd vurulur.
Nihad Budaqov
Roma
Mənbə: azertag.az