İraqın paytaxtı Bağdadda və ölkənin digər şəhərlərində səhər saatlarında güclü qum fırtınası başlayıb.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, şiddətli qum fırtınası səbəbi ilə məktəblər 1 günlük bağlanıb.
Fırtına nəticəsində boğulma keçirən bəzi insanlar xəstəxanaya yerləşdiriliblər.
Bağdad Beynəlxalq Aeroportundan və Nəcəf Aeroportundan bu günə olan uçuşlar dayandırılıb.
Aysel Quliyeva
Mənbə: sonxeber.az