Herat vilayətindəki mənbələrə görə, “Taliban” əyalətin restoranlarında gender seqreqasiyası, yəni cinsi ayrı-seçkilik planını həyata keçirib. Belə ki, kişilərə restoranlarda ailə üzvləri ilə birlikdə yemək yeməyə icazə verilmir.
Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyinin Heratdakı rəsmisi Riazullah Sirat deyib ki, ər-arvad olsalar belə, restoran sahiblərinə qaydanın tətbiq olunduğu şifahi şəkildə xatırladılıb.
Adının açıqlanmasını istəməyən qadının sözlərinə görə, ötən gün Herat restoranının meneceri ona və ərinə ayrı-ayrılıqda əyləşməli olduqlarını bildirib.
R.Sirat, həmçinin nazirliyin qadınlar və kişilər üçün Heratın ictimai parklarına giriş təyin etdiyini də xatırladıb: “Qadınlar cümə axşamı, cümə və şənbə günləri parklara gedə bilər. Digər günlər kişilər üçün istirahət və idman üçün nəzərdə tutulub”.
Laçın
AzPolitika.info
Mənbə: azpolitika.info