Bu gün canını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günüdür.
Qısa ömür yaşamasına baxmayaraq, Vətən sevgisi onu qəhrəman etdi. Mübariz İbrahimov canını Vətən yolunda fəda etməsi ilə qəhrəmanlıq salnaməsi yazdı, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoyub getdi.
Ölümü ilə əfsanəyə dönən qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə göstərilir
Doğum günün mübarək, xalqın qəhrəmanı!
Mənbə: aqreqator.az