Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Cəlilabad, 25 mart, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşları miqdarında vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

AZERTAG.AZ :Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Mənbə: azertag.az